Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlamanı qiyamçılara yaxın mənbələr yayıb.
Bildirilir ki, qarşıdurmaların mərkəzində Hudeydə bölgəsinin Əl-Dureyhimi şəhəri dayanır.
Qiyamçıların qeyd etdiyi rəqəmlərə əsasən son 48 saat ərzində ölkənin müxtəlif bölgələrində baş tutan qarşıdurmalar zamanı 23-ü Səudiyyə Ərəbistanından olmaqla ümumilikdə 57 koalisiya hərbçisi öldürülüb, daha 40-dan çoxu isə yaralanıb.
Qiyamçıların yaydığı hesabatda öz itkilərini qeyd etməməsi isə maraqla qarşılanıb.
Dəyanət Ağalarlı
Ordu.az