Ordu.az TASS-a istinadən xəbər verir ki, Mahmud Abbas səfər barəsində qərarını Netanyahunun Putinlə görüşündən sonra qəbul edib.
Məsələ ilə bağlı Fələstinin Moskvadakı səfirliyindən edilən açıqlamada bildirilib ki, 13-16 iyul tarixlərində baş tutacaq 4 günlük səfər çərçivəsində Abbas Putin başda olmaqla bir neçə Rusiya hökumət nümayəndəsi ilə görüşəcək.
Qeyd olunub ki, Putinlə görüşdə prezident Yaxın Şərqdəki problemləri və İsrail-Fələstin münaqişəsini gündəmə gətirəcək. Həmçinin o, Rusiya prezidentindən Donald Trampla görüşündə bu məsələyə toxunmasını istəyəcək.
Dəyanət Ağalarlı
Ordu.az