Quterreş: “Suriya böhranın hərbi yolu yoxdur”

2018/07/649549_0_1531479097.jpg
Oxunub: 394     13:26     13 İyul 2018    
BMT-nin Baş katibi Antonio Quterreş Suriya böhranın həll yolu olmadığını və onun diplomatik qaydada həll edilməli olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Quterreş eyni zamanda Suriya Konstitusiya komitəsinin yaradılmasının zəruriliyinə toxunub.

“BMT Suriya böhranın həllinin hərbi yox, siyasi olduğunu düşünür. Biz BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini əsas götürərək, bu böhrana siyasi həll tapılmasına bağlılığımızı qoruyuruq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Suriya hökuməti və üsyançılar tərəfindən Rusiyanın Soçi şəhərində əldə edilmiş razılığa əsasən formalaşdırılması planlaşdırılan Suriya Konstitusiya komitəsi bu böhranın həllinə böyük töhfə verə bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: BMT   Suriya   Rusiya  

Quterreş: “Suriya böhranın hərbi yolu yoxdur”

2018/07/649549_0_1531479097.jpg
Oxunub: 395     13:26     13 İyul 2018    