Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ərəb koalisiyasının sözçüsü polkovnik Turki Əl-Maliki bildirib.
O qeyd edib ki, ötən gün koalisiyanın əməliyyatlarında istifadə olunan hərbi təyyarə təlim uçuşu həyata keçirərkən texniki nasazlıqdan dolayı qəzaya uğrayıb.
Səudiyyə Ərəbistanının Əsir bölgəsində baş verən qəzada nəticəsində təyyarədə olan hər iki pilotun yaralandığı bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az