Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bəyanatda qeyd olunub ki, bu gün günorta saatlarında İsrailin Suriya ilə sərhəd bölgələrində uçuş həyata keçirən naməlum PUA aşkar edilib.
İsrail hava hücumundan müdafiə sistemlərindən endirilən raket zərbəsi nəticəsində uçuş aparatı məhv edilib.
Qeyd edək ki, bəzi mənbələr PUA-nın Suriyaya məxsus olduğunu bildirib.
Dəyanət Ağalarlı
Ordu.az