Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə Neynəvə Əməliyyatlar Komandanlığının sözçüsü briqada generalı Məhəmməd Əl-Cəburi bildirib.
Onun sözlərinə görə, əməliyyat Mosulun 30 kilometr şimalında baş tutub. O, Əl-Atşana və Baduş şəhərlərindəki dağlıq bölgələri əhatə edib.
Əməliyyat nəticəsində İŞİD-ə mənsub olduğu bildirilən azı 20 terrorçu məhv edilib, dağlıq ərazilərdə terrorçular tərəfindən istifadə edilən bir neçə tunel yerlə-yeksan edilib.
Ağalar Ağalarlı
Ordu.az