Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat İsrail hökumətinə yaxın mənbələrdən bildirilib.
Qeyd olunub ki, Colan təpələri yaxınlığında Suriya və İranın fəaliyyəti hiss olunarsa, Təl-Əviv dərhal buna cavab verəcək.
“Hazırda döyüşlər İsrail sərhədindən müəyyən qədər kənarda gedir, lakin hər ötən gün Suriya ordusu İsrail sərhədlərinə doğru biraz da yaxınlaşır. Bizim əlimizdə Suriyanın bu əməliyyatlar zamanı İrandan dəstək alması ilə bağlı ciddi faktlar var. Əgər Colan təpələrinə və digər İsrail-Suriya sərhəd bölgələrinə İran və Suriya hərbi qüvvələri yaxınlaşsa, İsrail bu qüvvələrə qarşı aktiv hərbi cavab verəcək”, - deyə məlumatda qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az