Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat çərçivəsində son olaraq həyata keçirilən hücumlar nəticəsində daha 11 terrorçu məhv edilib.
Eyni zamanda təhlükəsizlik qüvvələri iki ədəd partlayıcı qurğunu sıradan çıxarıb və çox sayda silah-sursat müsadirə edilib.
Məlumatda Misir ordusunun itki verib-vermədiyinə dair heç bir şərh qeyd olunmayıb. Qeyd edək ki, əməliyyatın başlanğıcından bu vaxta qədər Sinayda azı 35 əsgər həlak olub.
Ağalar Ağalarlı
Ordu.az