NATO kibertəhlükəsizlik məsələlərini gündəmdə saxlamağa çalışır

2018/07/TUZHK6LSDZH5FBFSL6GBBL3DEI_1530862384.jpg
Oxunub: 2747     15:33     06 İyul 2018    
NATO sammitinin əhəmiyyətli mövzularından biri də kibertəhlükəsizlik olacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məsələnin qarşısında dayanan ən ciddi maneə maliyyə problemləridir.

Bir sıra mənbələr bildirir ki, kibertəhlükəsizlik hazırda NATO rəhbərliyini narahat edən ən önəmli məsələlərdən biri olaraq qalmaqdadır. Buna görə də hər kəsin fikrinin üzv ölkələrin hərbi xərcləri ilə bağlı dialoqlara çevrildiyi bir anda NATO idarə heyəti sammitdə bu məsələnin daha önə çəkilməsini istəyir.

Hətta alyans daxilində bir çoxları hərbi xərclərlə bağlı NATO tələblərini qarşılamayan dövlətlərin öz xərclərini artıracağı təqdirdə ayrılacaq əlavə vəsaitin kibertəhlükəsizlik məsələlərinə yatırılması ilə bağlı fikirlər səsləndirib.

Qeyd edək ki, 2 il öncə Varşavada keçirilən sammitdə də kibertəhlükəsizlik məsələləri müzakirəyə çıxarılsa da, lazımı diqqəti toplaya bilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Kibertəhlükəsizlik   Sammit  


Bizi "telegram"da izləyin