Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İraqın İnsan Hüquqları Komissiyası məlumat yayıb.
Komissiyanın üzvü olan Fadel əl-Qaravi Bağdadın 127 cəsəd əldə etdiyini bildirib. Onların əldə edilməsi İran-İraq birgə komissiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə mümkün olub.
8 il davam edən şiddətli müharibədə hər iki tərəfdən yüz minlərlə adam həlak olub. Müharibə 30 il öncə bitsə də, minlərlə əsgərin taleyi hələ də naməlum olaraq qalır.
Dəyanət Ağalarlı
Ordu.az