Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Mayk Pens Yunanıstanın regional stabillikdə oynadığı roldan, NATO-ya verdiyi töhfələrdən və Birləşmiş Ştatlarla apardığı əməkdaşlıqdan dolayı Tsiprasa təşəkkür edib.
Bundan başqa tərəflər qarşıdan gələn NATO sammitinə hazırlığı müzakirə ediblər. Son olaraq Pens Tsiprası Vaşinqtona dəvət edib və onlar yaxın gələcəkdə Vaşinqtonda görüşməyə razılaşıblar.
Ağalar Ağalarlı
Ordu.az