Husilər son 2 gündə daha 48 koalisiya hərbçisini öldürüb

2018/07/baabc9d5-a1f7-4df1-a36a-bd8f45b2072d_1530778110_1530858023.jpg
Oxunub: 1591     14:20     06 İyul 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələrinə ciddi itkilər verdirməyə davam edirlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, koalisiya qüvvələrinin itkilərinin böyük olmasının başlıca səbəbi əraziyə kifayət qədər bələd ola bilməmələri və nəticədə qiyamçı qüvvələrin snayper hücumlarına qarşı müdafiəsiz olmalarıdır.

Məsələ ilə bağlı açıqlamasında koalisiya qüvvələrinin sözçüsü Turki Əl-Maliki bildirib ki, son 2 gündə koalisiya qiyamçılarla döyüşlərdə 48 hərbçisini itirib.

“Ciddi itkilərin olduğu aydındır. Sadəcə son 2 sutkada 48 hərbçimiz həlak olub. Qiyamçı qüvvələrlə yaxın döyüşlər gözlədiyimiz qədər də effektiv olmadı”, - deyə sözçü bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər   Koalisiya-Qüvvələri  


Bizi "telegram"da izləyin