İƏT və NATO regional məsələləri müzakirə edib

2018/07/1546948148_1530857702.jpg
Oxunub: 1979     14:13     06 İyul 2018    
İstanbul Əməkdaşlıq Təşkilatı ilə NATO Baş katibinin müavini Roza Qutemüller və Şimali Atlantika Şurasının təşkilat üzvləri arasında danışıqlar baş tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşdə İstanbul Əməkdaşlıq Təşəbbüsü və Şimali Atlantika Şurası arasında əməkdaşlıq müzakirə edilib.

İƏT tərəfindən görüşdə Küveyt, Bəhreyn, Qətər və BƏƏ-nin nümayəndələri iştirak edib. Küveytin NATO yanındakı daimi nümayəndəsi Əl-Budavinin sözlərinə görə, NATO və İstanbul Əməkdaşlıq Təşəbbüsü arasında əməkdaşlıq qlobal stabilliyə əhəmiyyətli dərəcədə kömək edib.

Qeyd edək ki, İƏT NATO-nun 2004-cü ildə Türkiyədə baş tutan sammitində qurulub. Onun məqsədi isə NATO ilə partnyor dövlətlər arasında əməkdaşlığı gücləndirməklə regional və qlobal təhlükəsizliyə töhfə verməkdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   İTƏ   Küveyt  


Bizi "telegram"da izləyin