İsrail QQ “Dəmir Qübbə”ləri Qəzza ilə sərhəddə yerləşdirdi

2018/07/1458484984654654165_1530856162.jpg
Oxunub: 1985     13:48     06 İyul 2018    
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal və cənub sərhədlərinə “Dəmir Qübbə” havadan müdafiə sistemləri yerləşdirib.

Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, buna səbəb İMQ-nin Cənub Komandanlığının həyata keçirdiyi dəyərləndirmənin nəticələri olub.

Belə ki, hesabatda fələstinlilərin cari il ərzində Qəzzadan İsrailə 289 raket və ya minaatanla hücum etdiyi aydın olub. Bu isə İsrailin Qəzzaya əməliyyat keçirdiyi 2014-cü ildən belə daha yüksək göstəricidir.

Müqayisə üçün deyək ki, həmin il Qəzzadan İsrailə 205 raket və minaatanla hücum edilib. Bu rəqəm 2017-ci ildə 35, 2016-cı ildə 15, 2015-ci ildə isə 21 olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   Dəmir-Qübbə  


Bizi "telegram"da izləyin