Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlamanı İraq Sərhəd Qoşunlarının komandiri general Abdullah İbrahim bildirib.
O qeyd edib ki, İraq ordusu son bir neçə gündür ki, onsuz da Suiya sərhədləri boyunca əsas mövqe sahibi tərəf idi.
“Bizim Suriya sərhədlərimizlə bağlı təlaşlarımız vardı. Buna görə də Baş nazir Heydər Əl-Abadinin birbaşa təlimatı ilə ərazidə strateji əməliyyatların keçirilməsi qərara alındı. Əməliyyatların bir neçə həftə öncə başlamasına baxmayaraq ordunun bu müddət ərzində hələ də nəzarətini ələ ala bilmədiyi bəzi kənd və qəsəbələr mövcud idi. Düzdür, istənilən halda biz yenə də burada əsas diktə edən tərəf idik, lakin ərazinin tam təmizlənmiş olmaması narahatlıq yaradırdı. Ötən günkü əməliyyatlar bizə bölgədə yüz faiz nəzarət imkanı verdi”, - deyə general bildirib.
Qeyd edək ki, İraq ordusunun hüumlarından öncə ərazidə İŞİD-in aktiv fəaliyyəti hiss olunurdu.
Dəyanət Ağalarlı
Ordu.az