Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilənin ümumi dəyəri 70 milyon dollardan bir qədər artıqdır. Müqaviləyə əsasən kompaniya ABŞ QQ-yə 9 ədəd prototip sistem, 140 ədəd isə sistemin özünü çatdıracaq. Çatdırılma işlərinə 2020-ci ildə başlanılacaq.
Qeyd edək ki, ABŞ Quru Qoşunları özünün İlkin Manevr – Qısa Mənzilli Havadan Müdafiə (IM-SHORAD) qabiliyyətlərini gücləndirmək məqsədilə MHR radarlarını əldə etmək istəyir.
Ağalar Ağalarlı
Ordu.az