Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Trampın ABŞ qoşunlarını Suriyadan çəkmə istəyindən Putin sammit zamanı istifadə edə bilər.
Bu həftənin əvvəlində İordaniya kralı II Abdullahla görüşündə Tramp Suriyadakı 2 min nəfərlik kontingenti evə qaytarma istəyini bir daha təkrarlayıb. Trampın bu planı isə Rusiya prezidentinin işinə yaraya bilər.
Tramp Rusiyadan Suriyanın cənub-qərbində ABŞ-ın dəstəklədiyi döyüşçülərdən ibarət kiçik kontingentə hücum etməməsini istəyir. Putin bunun qarşılığında ABŞ qoşunlarının bölgədən çıxmasını tələb edə bilər.
Ağalar Ağalarlı
Ordu.az