Suriya ordusu Sveyda bölgəsinin xeyli hissəsində nəzarəti ələ alıb

2018/06/36037168_2573092919583527_2987286854019055616_n_1529750874.jpg
Oxunub: 3120     20:12     23 İyun 2018    
Suriya hökumət qüvvələri bu gün səhər saatlarında İŞİD-ə qarşı Sveydada aparılan əməliyyatlarda önəmli üstünlük əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum əməliyyatlarını həyata keçirən quru qoşunlarının bölmələri havadan və qurudan ağır artilleriya və raket dəstəyi alır.

Əməliyyatlar nəticəsində ordu İŞİD-in nəzarətində olan Sveyda bölgəsinin Badiyeh səhrasının 25 kilometr içərilərinə qədər irəliləyib.

Qeyd edək ki, Suriya hökumətindən verilən məlumatda İŞİD qüvvələrinin ciddi itkilər verdiyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Sveyda   Terror  


Bizi "telegram"da izləyin