Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum “Əl-Nüsra” terrorçu qruplaşması tərəfindən planlaşdırılıb.
Hadisə ilə bağlı ordudan verilən xəbərdə qeyd olunub ki, terrorçu qruplaşma Əl-Baah şəhərinin müxtəlif nöqtələrində yerləşmiş ordu birliklərinə hücumlar həyata keçirməyi planlaşdırıb.
Qeyd edək ki, aparılan əməliyyatlar nəticəsində hücumları həyata keçirəcək bir neçə terrorçu ələ keçirilib.
Dəyanət Ağalarlı
Ordu.az