Tramp KXDR barədə: "Doğrudur, bütün sınaq mərkəzləri dağıdılmayıb"

2018/06/456_1529564277.jpg
Oxunub: 1983     14:55     21 İyun 2018    
ABŞ tərəflər arasında baş tutan sammitdən sonra Şimali Koreyanın ölkənin ən böyük ballistik raket sınağı mərkəzlərindən birini dağıtmasını təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, dağıdılan snaq mərkəzi “Tonqçanq” poliqonu olub.

Məsələ ilə bağlı münasibət bildirən ABŞ prezidenti Donald Tramp bildirib ki, tərəflər qarşılıqlı olaraq müəyyən məsələlərdə bir-birlərinə güzəştə getməyi öz üzərlərinə götürüblər.

“KXDR-in edəcəyi güzəşt ballistik və nüvə başlıqları sınaq mərkəzlərini ləğv etmək ilə bağlı qərardır. Doğrudur, bütün sınaq mərkəzləri dağıdılmayıb amma qəbul etmək lazımdır ki, Tonqçanq poliqonu KXDR-in sahib olduğu ən böyük bazalardan biridir. Artıq bu mərkəz dağıdılıb və bu tərəflər arasında gələcək əməkdaşlığın baş tutması üçün əhəmiyyətli addımdır”, - deyə prezident qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   KXDR   Nüvə-sınağı  


Bizi "telegram"da izləyin