Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlamanı üsyançı qüvvələrin komandiri Zaman Əl-Vəsl bildirib.
Açıqlamada bildirilib ki, Latakiya bölgəsinin dəniz sahillərində yerləşən Əl-Karama dağında hökumət qüvvələri ilə baş tutan qarşıdurmanı üsyançılar üçün uğurlu hesab etmək olar.
Belə ki, qarşıdurma zamanı hökumət qüvvələrindən 9 hərbçi öldürülüb, azı daha 20-si yaralanıb.
Qarşıdurmanın ardından ərazidə nəzarət üsyançı qüvvələrin əlinə keçib.
Dəyanət Ağalarlı
Ordu.az