KXDR 200 ABŞ hərbçisinin cəsədini qaytarıb

2018/06/345_1529560222.jpg
Oxunub: 4419     13:49     21 İyun 2018    
KXDR Koreya müharibəsi zamanı həlak olan 200 ABŞ hərbçisinin cəsədini ABŞ-a təhvil verib.

Ordu.az xarici “Reuters”ə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ Prezidenti Donald Tramp öz çıxışı zamanı bildirib.

Prezident dünən Minnesota ştatında KXDR prezidenti Kim Çen İnlə görüşü barəsində çıxış edərkən tərəflər arasında bu məsələ üzərində əldə edilmiş razılığa da toxunub.

“Biz Koreya müharibəsi zamanı həlak olan qəhrəmanlarımızın cəsədlərinin qalıqlarının vətənə gətirilməsi barəsində də razılıq əldə etmişdik. Artıq ilkin mərhələ çərçivəsində 200 hərbçinin cəsədi gətirilib”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin