SIPRI: Pakistan Hindistandan daha çox nüvə silahına sahibdir

2018/06/2343_1529481324.jpg
Oxunub: 2842     16:01     20 İyun 2018    
Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutu ölkələrin sahib olduqları nüvə arsenalı ilə bağlı yeni statistik məlumatları açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qurumdan yayımlanan statistik məlumatlarda 9 dövlətin nüvə silahına sahib olduğu qeyd olunub.

Rəqəmlərə əsasən 2018-ci ilin başlanğıcı üçün ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və KXDR ümumilikdə 14465 ədəd nüvə başlığına sahibdir.

Əsasən Hindistan, Pakistan və Çinin müqayisəsinin aparıldığı statistikada qeyd olunub ki, bu 3 dövlət birlikdə 500-dən çox nüvə başlığına sahibdir. Belə ki, Pakistanın 140-150, Hindistanın 130-140, Çinin isə 280 nüvə silahı vardır.

Sadəcə Rusiya və ABŞ birlikdə isə bütün nüvə arsenalının 92 faizinə sahibdir

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nüvə-silahı   SIPRI  


Bizi "telegram"da izləyin