Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ və Türkiyə arasında razılaşdırılmış Münbic yol xəritəsi ilə bağlı danışan Türkiyənin Baş naziri Binəli Yıldırım səsləndirib.
O, bölgədəki rəhbərliyin yerli rəhbərliyə ötürüləcəyini də vurğulayaraq əlavə edib: “Bu gün Əl Babdayıq, sabah Afrində, digər gün lazım olsa Münbicdə də olarıq. Terrorla mübarizədə Fəratın şərqi və ya qərbi deyə bir şey yoxdu. Təhdid Türkiyəyə, bayrağımıza, ölkəmizə, millətimizə, xalqımıza hardan gəlirsə, gəlsin biz ordayıq”.
Ağalar Ağalarlı
Ordu.az