Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
“Amerika qanunvericiliyinin tələblərinə uyğun olması üçün təsdiqləməli olduğumuz müəyyən məsələlər var. Biz vəziyyəti yoxlayır və bunun təmin olunduğuna əmin oluruq. Bu, əslində Konqresin səlahiyyətinə aid məsələdir və biz Türkiyənin ABŞ qanunlarına əməl etdiyinə əmin olmalıyıq ki, onlar F-35-ləri ala bilsinlər”, - deyə ABŞ-nin vitse-prezidenti bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı Türkiyəyə F-35 “Lightning II” qırıcılarının verilməsini mümkün hesab etdiyini bildirmişdi.
Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 “Triumf” hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında “Rosoboroneksport” sistemlərin təhvilinin tam başa çatdığını açıqlamışdı.
Türkiyə ilə Rusiya arasında S-400 “Triumf” sistemlərinin alqı-satqısına dair müqavilə imzalandıqdan sonra Ankara yeni nəsil F-35 “Lightning II” qırıcılarının hazırlanmasına dair ABŞ proqramından çıxarılmışdı.
Bununla yanaşı, Türkiyə Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, S-400 “Triumf” sistemləri ilə bağlı mövqedə heç bir dəyişiklik yoxdur.
Sevinc Əliyeva
Ordu.az