Tramp ABŞ-nin İranın Minab şəhərində məktəbə endirilən zərbə ilə əlaqəsinin olmadığını bildirib

2026/06/1781943648.jpg
Oxunub: 307     09:41     25 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp hesab etmir ki, Birləşmiş Ştatların İranda hərbi əməliyyatların başlanğıcında Minab şəhərindəki qız məktəbinə endirilən zərbə ilə hər hansı əlaqəsi var.

Ordu.az xəbər verir ki, bu barədə o, iyunun 24-də Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı danışıb.

“Mən bilmirəm ki, onlar ümumiyyətlə bunun kimin günahı olduğunu müəyyən edə biləcəklərmi. Çünki həmin vaxt raketlər hər tərəfə uçurdu. Baş verən isə dəhşətlidir. Amma raketlər həqiqətən bütün istiqamətlərə atılırdı. Kimsə bunun bizim raketimiz olduğunu deyib? Ola bilər ki, bu heç bizim raketimiz olmayıb. Mən bunun məhz bizim raket olduğuna inanmağıma səbəb olacaq heç nə görməmişəm. Həmin vaxt digər tərəflər də kifayət qədər raket buraxırdılar”, - deyə Tramp jurnalistlərin sualını cavablandırarkən bildirib.

O, həmçinin qeyd edib ki, hadisənin araşdırılması zamanı faciənin günahkarları müəyyənləşdirilərsə, bunun ABŞ olmayacağına inanır.

“Əgər düzgün cavabı tapsanız, düşünmürəm ki, bu biz olacağıq. Mən hesab etmirəm ki, bunu biz etmişik. Həmin vaxt çoxlu raket buraxılmışdı”, - deyə ABŞ Prezidenti əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin