Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın hərbi prokurorluğu 2018-ci ilin 1-ci yarım ili ərzində silahlı qüvvələrdə dövlət maraqlarının qorunması sahəsində Ermənistan hərbi prokurorluğunda dövlət maraqlarının qorunması şöbəsinin və qarnizonların hərbi prokurorluqlarının prokurorları tərəfindən həyata keçirilən işlərin və onun nəticələrinə həsr edilmiş yekun iclası keçirilib.
Dövlət maraqlarının qorunması sahəsində 35 hal arxa cəbhə, 9 hal silahlandırma, 8 hal maliyyə, 5 hal hərbi tibbi, 3 hal rabitə, 2 hal mühəndis, 2 hal zenit raket və 1 hal əsaslı tikinti və digər sahələr olmaqla, ümumilikdə 66 araşdırma həyata keçirilib.
Bunun nəticəsində 49 qanun pozuntusu aşkar edilib. 2018-ci ilin 1-ci yarım ili ərzində həyata keçirilən araşdırmalar nəticəsində, dövlətə 203.324.237 erməni dramı dəyərində ziyan dəydiyi müəyyən edilib. Keçən ilin eyni dövründə dövlətə dəymiş ziyan 61.026.885 erməni dramı təşkil edib.
Qanun pozuntuları əsasən nəqliyyat vasitələrinin istismarı, alınması işinin təşkili, nəqliyyat vasitələrinin istismarı üçün yanacaq təminatı, müxtəlif təyinatlı maddi vəsaitlərin tədarükü, əşya təmintı, geyim, ərzaq təminatı, saxlanma və istifadə edilmə sahələrində qeydə alınıb.
25 hal üzrə hazırlanmış materiallardan, 11 fakt əsasında vəzifəli şəxslərə qarşı cinayət işi açılıb.
11 cinayət işindən 5 fakt üzrə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə 3 nəfər hərbi hissə komandirinin müavini, 3 nəfər xidmət rəisi, 2 nəfər anbar rəisi, 2 nəfər mülki şəxs olmaqla ümumilikdə 10 nəfərə qarşı ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az