Ölən erməni kapitanın ailəsi intihar versiyasını rədd edir

2018/06/34_1528737838.jpg
Oxunub: 3684     02:23     12 İyun 2018    
Ermənistan ordusunun kapitanı, Hmayak Hakobyan hərbi rituallara uyğun dəfn edilməyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, kapitanın dəfnində Ermənistan müdafiə nazirliyindən heç kim iştirak etməyib və başsağlığı verməyib.

Bununla yanaşı, ənənəvi olaraq zabit heyətinin dəfnində himn səsləndirilməsi məqsədilə iştirak edən musiqi taqımı da Hakobyanın dəfninə göndərilməyib.

Ermənistan müdafiə naziri, Davit Tonoyan hadisədən 2 gün sonra, istintaq orqanından öncə, onun intihar etdiyi barədə məlumat verib. İlkin araşdırmanın nəticələrinə görə Hakobyan intihar edib.

Erməni kapitanın anası, Manya Sarkisyan isə oğlunun intihar etdiyinə inanmadığı qeyd edir.

"Lap hesab edək ki, intihar edib, bəs onun bu qədər xidmət müddətinə belə laqeyd münasibət olarmı?", - deyə o etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   İntihar   Etiraz  


Bizi "telegram"da izləyin