Bu barədə
Ordu.az-a Belarusiyalı analitik, Ostroqorski Mərkəzinin (Minsk-London) əməkdaşı Sergey Boqdan danışıb:
"Minsk və Bakının təqdimatdan imtina etməsinə, belə məsələlərin ayıq başla həll edilməsinin başa düşülməsi kimi baxıla bilər.
Ümumiyyətlə, bu nümayiş üçün deyildi, Minsk "Polonez"ləri istehsal etdi və Bakı da onları aldı. Əks halda məsələ asanlıqla möhtəşəm mərasimin niyyət protokolunun təntənəli imzalanması, müqavilənin bağlanması və s. ilə başlayardı. Hər dəfə də televiziyalardan gələn nümayəndələrin reportajlarının nümayişi ilə sona çata bilərdi. Belə bir şey olmadı.
Deməli, Belarus tərəfinin niyyəti Bakı ilə, yalnız bir əməliyyatın yüksək səviyyədə nümayişini təşkil etmək deyil, davamlı olaraq əməkdaşlıq etməkdir.
Azərbaycan tərəfi bu silahıla milli təhlükəsizliyini real şəkildə qorumaq üçün öz ehtiyatlarnı tamamlayır. Bu silahdan dinc yollar tükəndikdə ölkənin ərazi bütövlüyünün bərpası zərurəti yarandıqda məcburi tədbirlərdən biri kimi istifadə ediləcək.
YARS sistemləri işğal olunan Azərbaycan ərazilərinin işğaldan azad edilməsində və ərazi bütövlüyünün bərpasında mühüm rol oynaya bilər, çünki ehtimal edilən hərbi əməliyyatlar teatrının nisbətən kiçik ölçülərinə görə, potensial rəqibdə "strateji dərinlik" (strategic depth) zonasının olmaması, bu sistemlərin demək olar ki, bütün münaqişə zonasını və düşmən ərazisini öz atəşi ilə əhatə edə bilər. Bu sistemlər, düşmən üçün "İsgəndər" tipli əməliyyat-taktiki raket sistemlərinə qarşıdurmaqdan daha çətin olacaq. "Plonez", "İsgəndər" deyil, lakin Azərbaycan hərbi münaqişəsi kontekstinin xüsusi şərtləri daxilində "Polonez", hətta "İsgəndər"ə nisbətdə üstünlük təşkil edir. Bundan əlavə, YARS-ın alınması və istismarı daha ucuz olacaq və sonra Bakı bu cür sistemlərin müstəqil istehsalına da keçə bilər. Ümumilikdə isə, "Polonez" kompleksi inkişaf etməkdə davam edir və bu platformadan, qısa mənzilli ballistik raketlərin istehsalında da istifadə edilə bilər.
Bununla yanaşı Azərbaycanın da bu cür birgə proqramlarda iştirak edə biləcəyini təsdiqləyən bəzi dolayı göstəricilər də mövcuddur. Bu istiqamətə olan maraqlarında Bakı tək deyil. Məlumdur ki, Qazaxıstan və Afrika ölkələrindən biri, böyük ehtimalla Sudan, son zamanlar sözügedən YARS-lar barədə məlumatlarla maraqlanırlar".
Bəhram Batıyev
Ordu.az