YPG Suriya-İraq sərhəddində hərbi əməliyyatlara davam edir

2018/06/546456_1528177228.jpg
Oxunub: 2976     13:38     05 İyun 2018    
YPG ötən gün İraqla sərhəddə İŞİD-in nəzarətində olan bölgələrin ələ keçirilməsi üçün əməliyyatlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, may ayından etibarən regiona silahlı qüvvələr toplayan YPG son günlərdə İŞİD-ə qarşı mübarizəni daha da kəskinləşdirib.

Hazırda YPG İŞİD-in nəzarətində olan Suriyanın Əl-Hasaka bölgəsinin ələ keçirilməsi üçün əməliyyatlar aparır.

Məlumatda, regionun İŞİD-dən tamamilə təmizlənməsi üçün əməliyyatların davam etdiriləcəyi vurğulanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YPG   İŞİD   Suriya  


Bizi "telegram"da izləyin