ŞƏT Rusiyada hərbi təlim keçirəcək

2018/06/234234_1527834678.jpg
Oxunub: 1393     14:31     01 İyun 2018    
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu ilin ikinci yarısında Rusiyada “Sülh Missiyası 2018” birgə hərbi təlimlər həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat katibi Ren Quoqinaq bildirib.

Onun sözlərinə görə, ŞƏT-in ən əhəmiyyətli əməkdaşlıq sahələrindən biri də müdafiə və təhlükəsizlikdir. Bu sahə üzrə təşkilat daxili əlaqələr son illərdə effektli şəkildə artıb.

Çin müdafiə və təhlükəsizlik sahəsində əməkdaş ölkələrlə ortaq etibara və fayda üzərində qurulan təcrübə mübadiləsini davam etdirməyə istəklidir. Bu baxımdan yeni təhdidlər və çətinliklərə hazırlıq məqsədilə bu il “Sülh Missiyası 2018” təlimləri baş tutacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ŞƏT   Rusiya   Təlimlər  


Bizi "telegram"da izləyin