Erməni hərbçi qəza törədib: 1 yaralı

2018/06/c27a3be41895f9448aac137292bc80782345345_1520239559234234_1520600369_3042736486_1527830866.jpg
Oxunub: 3406     13:37     01 İyun 2018    
Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçusu qəza törədib.

Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, mayın 30-da saat 16:30 radələrində Loru vilayətinin sakini 25 yaşlı Artur Papikyan idarə etdiyi "Honda" markalı motosikletlə qəza törədib.

Məlumata görə, İrəvan küçələrindən birində hərəkətdə olarkən motosiklet çevrilib.

Sürücü Papikyan bədən xəsarətləri ilə “Erebuni” tibb mərkəzinə təxliyyə edilib.

Qeyd olunur ki, Papikyan Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir.

Faktla bağlı araşdırma aparılır.




Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbçi   Qəza  


Bizi "telegram"da izləyin