Pozner: “Yeni dünya müharibəsi təhlükəsi böyükdür”

2018/05/2506-Vladimir-Pozner_1527773897.jpg
Oxunub: 3982     21:48     31 May 2018    
“Hazırda yeni dünya müharibəsinin baş verə bilməsinin təhlükəsi çox böyükdür”.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur jurnalist Vladimir Pozner bildirib.

O qeyd edib ki, yeni dünya müharibəsinin baş verməsinə şərait və zəmin yaradan əsas nüanslardan biri dünyanın aparıcı dövlətlərinin liderləri arasında qarşılıqlı etimadın olmamasıdır.

“Hazırda Belarus baytaxtı beynəlxalq görüşlər üçün meydança rolunu oynayır. Bu yaxınlarda Minskdə Şərq və Qərbin müxtəlif ölkələrinin nümayəndələrinin iştirakı ilə üçüncü dünya müharibəsinin baş verə biləcəyinə dair görüş keçirildi. Onlar haqlıdırlar, təbii ki, belə bir təhdid var və o çox realdır”, - deyə Pozner açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Üçüncü-dünya-müharibəsi   VladimirPozner  


Bizi "telegram"da izləyin