Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, digər tərəfdən ABŞ prezidenti Donald Tramp pula qənaət məqsədilə bu qoşunların sayının azaldılmasını nəzərdən keçirir.
Tramp Cənubi Koreya və Yaponiyanın təkcə Şimalın hansısa “ağılsız” aktlarına qarşı hazır olmasını deyil, həm də onların hərbi əməliyyatlar üçün ABŞ-ın üzərində olan maliyyə yükünün bir hissəsini öz çiyinlərinə götürməsini istəyir.
ABŞ-ın Koreya yarımadasında 28 minə yaxın hərbi qulluqçusu var ki, onların hazırda daxil olduğu əməliyyatlar təlim xarakterlidir.
Tramp ABŞ qoşunlarının müzakirə masasında olmadığını bildirsə də, o yenə də xərclərdən şikayətlənir. Analitiklər bildirir ki, Cənubi Koreya hazırda ABŞ qoşunları üçün illik 800 milyon dollar ödəyir ki, bu da xərcin yarısıdır.
Bəziləri ABŞ qoşunlarının niyə hələ də Cənubi Koreyada olmasını sual edir. Çünki, Cənubi Koreya artıq güclü orduya malikdir və onun əsgərləri dünyanın bir çox bölgəsində sülhməramlı missiyada iştirak edir.
ABŞ Müdafiə naziri Ceyms Mettis ABŞ-ın yarımadadakı mövcudluğun stabilləşdirici mövcudluq adlandırıb. Cənubi Koreyadakı ABŞ qoşunları sadəcə bu ölkəni deyil, həm də Yaponiyanı qoruyur.
Ağalar Ağalarlı
Ordu.az