Yeni ABŞ aviadaşyıcısı xarab olub

2018/05/2503-USS-Gerald-R-Ford_1527771599.jpg
Oxunub: 3780     21:12     31 May 2018    
ABŞ Hərbi Dəniz Qüvvələrinin CVN-78 “Gerald R. Ford” yeni atom zərbə aviadaşıyıcısının texniki problemləri davam edir.

Ordu.az “Navy Times” portalına istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, aviadaşıyıcının növbəti dəfə tərsanəyə qayıtmasının səbəbi güc qurğusunda ciddi problemlər olub.

ABŞ Hərbi Dəniz Qüvvlərinin nümayəndəsi Kollin O'Rurk aviadaşıyıcının mühərrikində konstruksiyanın bu yaxınlarda dəyişdirilməsi ilə əlaqədar olaraq yaranan problemlərin mövcudluğunu təsdiqləyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gerald-R.-Ford  


Bizi "telegram"da izləyin