Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, yeni raket qatı yanacaqla işləyən mühərrik texnologiyası ilə hazırlanıb.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, raket ilk uçuşunda “Mach 3” sürətini əldə edib. Raket həm də Fransanın “Meteor” raketinin Hindistan versiyası kimi nəzərdən keçirilir.
Hindistanın Müdafiə Tədqiqatı və Təkmilləşdirmə Təşkilatı tezliklə eyni texnologiyadan istifadə edən başqa raketlərin də sınaqdan keçiriləcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az