Ordu.az “Focus” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iki əsgərin vəziyyəti çox ağır olub və hazırda onlar Hamburq xəstəxanasında reanimasiyadadırlar. Qəzanın səbəbinin nə olması isə məlum deyil.
Bir çox alman siyasətçilər hesab edirlər ki, Almaniya ordusu hazırda böhranlı vəziyyətdədir, şəxsi heyəti pis hazırlaşdırılıb və çox zəifdir, Almaniya sərhədləri xaricində döyüşməyə qadir deyil. Zabitlər əsgərlərin çox zəif fiziki vəziyyəti və döyüş hazırlığını fərqləndirirlər.
O cümlədən bildirilir ki, Almaniya əsgərləri atıcı silahlarla düzgün rəftar etmək vəziyyətində deyil və bir-birlərinə ilkin tibbi yardım göstərmək qabiliyyətləri yoxdur.
Ağalar Qəribov
Ordu.az