ABŞ hərbi texnikaların Polşaya yerləşdirilməsinə başlayıb

2018/05/2491_1527768064.jpg
Oxunub: 2785     20:02     31 May 2018    
Birləşmiş Ştatlar Polşanın Qdınya limanına hərbi texnikaların daşınmasına başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki. bu barədə Polşa hökumətindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, hərbi texnikaların Polşaya yerləşdirilməsinin məqsədi açıqlanmayıb və qeyd edilir ki, bu barədə məlumat gizli xarakterə malikdir.

ABŞ ordusunun 598-ci nəqliyyat briqdasının “Baltic Container Terminal” şirkəti ilə qiyməti 841 min dollar olan və fəaliyyət müddəti 2019-cu il mayın 4-nə kimi nəzərdə tutulan müqaviləsində qeyd edilir ki, hərbi texnikaların yerləşdirilməsinin məqsədlərindən biri regionda ABŞ maraqlarını müdafiə etməkdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polşa  


Bizi "telegram"da izləyin