Rusiya BD dünya okeanına 10 sualtı gəmi göndərəcək

2018/05/2486_1527765912.jpg
Oxunub: 3179     19:23     31 May 2018    
“Rusiya Baltik Donanması cari il çəçivəsində dünya okeanının uzaq hissələrinə 10 sualtı gəmi və 9 gəmi göndərəcək”.

Ordu.az “Moskovskiy komsomolets” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Baltik Donanması Döyüş Hazırlığı İdarəsinin rəisi, 1-ci dərəcəli kapitan Valeri Xorun bəyan edib.

“Ümumilikdə Rusiya Hərbi Dəniz Donanması və onun tərkib hissəsi kimi Baltik Donanmasında bütün növ silahların tətbiqi və döyüş hazırlığına yüksək diqqət göstərilir”, - deyə Xorun bildirib.

O qeyd edib ki, hazırda Baltik Donanmasında diqqət mərkəzində olan əsas məsələlərdən biri döyüş hazırlığının ideal vəziyyətə gətirilməsidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Baltik-Donanması  


Bizi "telegram"da izləyin