"İyunda Qarabağ danışıqlarının bərpası nəzərdə tutulur" - Zohrab Mnatsakanyan

2018/05/65_1527083441.jpg
Oxunub: 1664     21:49     23 May 2018    
"Ermənistanın Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsinin həlli prosesində həmsədrlərlə dialoqa girməyi gözləyir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyan parlamentdə Respublikaçı deputat Karen Bekaryanın sualını cavablandırarkən bildirib.

Eyni zamanda, o, həmsədrlərin Azərbaycan Xarici İşlər Nazirliyinə görüş barədə məlumat verildini qeyd edib. Mnatsakanyanın sözlərinə görə, prosesin iyun ayında bərpa edilməsi nəzərdə tutulur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Danışıqlar   Qarabağ  


Bizi "telegram"da izləyin