"Ermənistan Qarabağın təhlükəsizliyi barədə arqumentlərini itirib" - Cef Mankof

2018/05/Jef-Mankof-e1527020159172_1527069651.jpg
Oxunub: 3422     18:00     23 May 2018    
"Əgər əvvəllər Ermənistan hakimiyyət orqanları Qarabağın və Ermənistanın təhlükəsizliyinin təminatçısı olduqlarını deyirlərdirsə, artıq bu arqument itirilib".

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya Proqramının Direktor müavini Cef Mankof "Amerikanın Səsi"nə verdiyi açıqlamada deyib.

Mankof, Ermənistanda baş verən inqilabın fürsət pəncərəsi açdığını, lakin bir müddətdən sonra həmin pəncərənin bağlanacağını bildirib.

"Bu inqilabi həyəcan anları fürsət pəncərəsini açsa da, bir müddət sonra o pəncərə bağlanır. Biz Ukraynada bunun şahidi olduq. Bu səbəbdən məhz indi artıq Ermənistanın yeni hökumətinin ciddi radikal dəyişikliklərin edilməsi vaxtıdır", - deyə ekspert qeyd edib.

Mankofun sözlərinə görə, bu dəfə Ermənistan keçmiş hakimiyyətinə üsyanı yatırmaq, hakimiyyəti qorumaq üçün təhlükəsizliyi bəhanə etmək cəhdi baş tutmayıb.

O, buna səbəbi kimi aprel döyüşlərini nümunə göstərib və artıq mövcud erməni hakimiyyətinin Qarabağın təhlükəsizliyi barədə arqumentlərinin itirildiyini vurğulayıb: "Əgər əvvəllər hakimiyyət orqanları Qarabağın və Ermənistanın təhlükəsizliyinin təminatçısı olduqlarını deyirlərdirsə, artıq bu arqument itirilib".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin