Ordu.az “Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya ordusundan olan mənbələr məlumat yayıb.
Məlumata görə, qırıcıların əksər hissəsində özünümüdafiə problemləri var, bu səbəbdən təyyarənin sensorunda da istənilən səviyyədə soyuma baş vermir.
Problem qəlizdir, belə ki, bütün “Eurofighter” qırıcılarının qanadlarında rəqib təyyarələrini aşkarlayan, yaxud pilotu hücum barədə məlumatlandıran sensorlar var. Yarım il öncə isə aşkarlandı ki, bu sensorlar artıq lazımi səviyyədə soyumur.
Qeyd edək ki, Bundesver heç olmasa NATO standartlarına cavab vermək üçün 10 ədəd təyyarəni hazır vəziyyətə gətirmək niyyətindədir.
Ağalar Qəribov
Ordu.az