Ordu.az SANA agentliyinə isitnadən xəbər verir ki, atəşə əl-Fadil yaşayış məntəqəsi məruz qalıb.
Məlumata görə, Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın Haseke vilayətinə endirdiyi zərbələr nəticəsində ən azı 25 nəfər həlak olub, onlarla insan isə yaralanıb.
Zərbələr səhər saatlarında enidirilib və yaşayış məntəqəsində bir neçə ev dağıdılıb. Həlak olaların içərisində qadınlar və uşaqlar da var.
Ağalar Qəribov
Ordu.az