Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreşin dəftərxanası məlumat yayıb.
Məlumata görə, bu barədə Quterreş və Cənubi Koreya prezidenti Mun Çje İn arasında baş tutan telefon danışığı çərçivəsində razılıq əldə edilib.
“Baş katib təsdiq edib ki, BMT bütövlükdə Koreyaarası dialoqun davam etdirilməsini dəstəkləyir və bununla əlaqədar qeyd edib ki, BMT KXDR-in nüvə poliqonunun bağlanmasında müşahidəçi qismində iştirak etməyə hazırdır”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az