ABŞ qoşunları Cənubi Koreyada qalacaq

2018/05/324234234234234_1525238791.jpg
Oxunub: 3045     13:16     02 May 2018    
“ABŞ qoşunları hətta KXDR ilə sülh müqaviləsinin imzalanmasından sonra belə ölkədə qalacaq”.

Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İn bəyan edib.

“ABŞ Silahlı Qüvvələrinin Cənubi Koreyada yerləşdirilməsi iki ölkə arasında alyansa dair məsələdir və KXDR-lə sülh müqaviləsinin imzalanması ilə heç bir əlaqəsi yoxdur”, - deyə Mun Çje İn bildirib.

Qeyd edək ki, daha öncə “Foreign Affairs” nəşrinə İnin müşavirlərindən biri açıqlamasında qeyd edib ki, sülh müqaviləsinin imzalanmasından sonra ABŞ hərbçilərinin Cənubi Koreyada mövcudluğuna haqq qazandırmaq üçün bir əsas olmayacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Qoşunlar  


Bizi "telegram"da izləyin