Suriyada dağıdılmış İran bazasının peyk görüntüləri

2018/05/IMG_0229_1525191192.png
Oxunub: 1759     00:11     02 May 2018    
İsrail peyk kompaniyası Suriyanın şimalında iddialara görə İranın nəzarətində olan hərbi bazanın dağıntılarını göstərən fotolar nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, fotolarda dünən baş verən hücumdan azı 13 binanın məhv edildiyi görülür.

Xatırladaq ki, dünən baş verən hücumlar zamanı iddialara görə, İranın Həma və Hələb vilayətlərində yerləşən təsisatları hədəf alınıb. Hücum zamanı azı 200 yer-yer raketi məhv edilib.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İran  


Bizi "telegram"da izləyin