Ordu.az “Times of İsrael”ə istinadən xəbər verir ki, o bu barədə səfərdə olduğu Vaşinqtonda jurnalistlərin suallarını cavablayarkən danışıb.
“İsrail Rusiyanın Suriyadakı hərbi mövcudluğundan təşviş duymur. Çünki Moskva çox praqmatik aktordur”, - deyə Liberman bildirib.
Onun qeyd edib ki, iki ölkənin maraqları bir-birindən fərqli olsa da, İsral Rusiyanın maraqlarına da hörmət edir. Çünki Rusiya ilə anlaşmaq asandır.
Rusiyanın Hmeymimdə aviabazasının olması barəsəində danışan nazir, bunun onların işi olmadığını və rəhbərlik etdiyi qurumun vəzifəsinin öz təhlükəsizlik maraqlarının müdafiəsini həyata keçirmək olduğunu vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az