İddialara görə, Fransız əsgərləri Suriya-İraq sərhədindən keçərək Suriyanın Deyr əz-Zor, Rəqqa və Münbic şəhərlərinə gediblər.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli media qurumları iddialar irəli sürüb.
Məlumata görə, bu qüvvələr bölgədə fəaliyyət göstərən və nəzarətinin YPG tərəfindən həyata keçirildiyi beş hərbi bazaya yerləşdiriliblər.
Xatırladaq ki, ötən ay YPG nümayəndələrini Parisdə qəbul edən Fransa prezidenti Emmanuel Makron ölkəsinin təşkilata əlavə dəstək verəcəyini bildirmişdi.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Fransa
İraq-Suriya