Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkellə keçirilən görüşün nəticələri barədə danışdığı mətbuat konfransında bəyan edib.
“Görüş çərçivəsində Merkel qeyd edib ki, Almaniya 2019-cu ildə öz ÜDM-dən 1,3 faizi müdafiə sahəsinə ayıracaq, lakin çalışacaq ki, bu göstərici 2 faizədək yüksəlsin”, - deyə Tramp bildirib.
O qeyd edib ki, bir çox ölkələr üçün ÜDM-dən 2 və dəfələrlə artıq faizin müdafiə sahəsinə ayrılması zəruridir.
Ağalar Qəribov
Ordu.az