Ordu.az Daily Mail”ə istinadən xəbər verir ki, Pompeo Reks Tillersondan fərqli olaraq daha sərt tədbirlərin görülməsini istədiyini dilə gətirib.
Eyni zamanda İran məsələsinə də toxunan Pompeo Trampın İranla imzalanmış nüvə sazişini dayandırıb-dayandırmayacağına dair heç bir konkret fikir səsləndirməyib. Bunun əvəzində o, sazişdə ciddi dəyişikliklərin olacağının siqnallarını verib.
Lakin Pompeo avropalı nazirləri də qayğılandırıb. Belə ki, o, yenidən Trampın tələbini səsləndirərək NATO-ya üzv ölkələrin öz müdafiə büdcələrini Ümumi Daxili Məhsulun 2%-nə yüksəltməli olduğunu vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az